15/02/2019

“Sumqayıt-2” əzmkar heç-heçəyə imza atıb


I Divizionda 15-ci turun oyunları keçirilib. “Sumqayıt” FK-nın əvəzediciləri bu tur səfərdə “Səbail-2”-nin qonağı olub. Qarşılaşma bol qollu keçib. Belə ki, Elbrus Məmmədovun yetirmələri 5:5 hesablı heç-heçəyə imza atıb. Bununla da “Sumqayıt-2” mövsümdə ilk heç-heçəsini əldə edib. Komandamız növbəti turda “Ağsu”nu qəbul edəcək.

I Divizion, XV tur
“Səbail-2” – “Sumqayıt-2” 5:5
Qollar:
Xəzər Mahmudov, 17, 34; Təyyar Məmmədov, 48; Ədilxan Qarəhmədov, 65; Ruslan Hacıyev, 87 - Famin Əliyev, 23, (ö.q.); İbrahim Əliyev, 64, 88; Fərid Kərimzadə, 70 (p.); Elvin Dəmirov, 90+7.