11/02/2019

"Keşlə" - "Sumqayıt" qarşılaşmasını Rauf Cabbarov idarə edəcək


Topaz Premyer Liqasında 17-ci turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Keşlə" - "Sumqayıt" qarşılaşmasını Rauf Cabbarov idarə edəcək. Nahid Əliyev və Pərvin Talıbov yan xətlərdə Cabbarova kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Rauf Allahverdiyev olacaq. Qeyd edək ki, "Keşlə" - "Sumqayıt" matçı 16 fevral, saat 15:00-da "ASK Arena"da keçiriləcək. Qarşılaşma "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

16 fevral (şənbə)

“Keşlə” – “Sumqayıt”

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“ASK Arena”, 15:00 (CBC Sport, canlı)