10/02/2019

“Sumqayıt” FK-nın akademiyasından 2 qələbə, 1 heç-heçə, 3 məğlubiyyət


AFFA-nın aşağı yaş qrupları üzrə keçirdiyi liqalarda növbəti turun oyunları keçirilib. “Sumqayıt” FK-nın akademiyasının oyunlarında 2 qələbə, 1 heç-heçə və 3 məğlubiyyət qeydə alınıb. Nəzərinizə çatdıraq ki, “Sumqayıt” FK-nın U-15 və U-10 komandası turu qələbə ilə başa vurub.

U-19 Liqası
“Neftçi” – “Sumqayıt” 2:1
Qol:
Məhəmməd Nəzəralıyev.

U-16 Liqası
“Sumqayıt” – “Zirə” 0:1

U-15 Liqası
“Sumqayıt” – “İsgəndər Cavadov BFA” 7:0
Qollar:
Mübariz Hüseynzadə (3), Əjdər Hacılı (2), Sənan Ağayev, Əli Əlizadə.

U-12 Liqası
“Keşlə” – “Sumqayıt” 1:0

U-11 Liqası
“Sumqayıt” – “Əlincə” 2:2
Qollar:
Vəli Abbasov (2).

U-10 Liqası
“Sumqayıt” – “Təhsil” RİM 6:1
Qollar:
Emin Süleymanov (4), Məhəmməd Mirzəyev, Murad Sultanov.