09/02/2019

"Sumqayıt" FK "Qarabağ"la qarşılaşıb


"Sumqayıt" - "Qarabağ" 0:2
9 fevral 2019. Saat 18:30. “Kapital Bank Arena”, 1500 tamaşaçı
Baş hakim: Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Cavanşir Yusifov
Dördüncü hakim: Rauf Cabarov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Sarı vərəqələr: Xəyal Nəcəfov, 23 (qeyri-idman hərəkəti); Əli Babayev, 45+1 (qeyri-idman hərəkəti); Əfran İsmayılov, 69 (qeyri-idman hərəkəti); Ehtiram Şahverdiyev, 78 (qeyri-idman hərəkəti); Aleksey İsayev, 90 (qeyri-idman hərəkəti) // Hacıağa Hacılı, 29 (qeyri-idman hərəkəti); Riçard Almeyda, 54 (qeyri-idman hərəkəti); Filip Ozobiç, 57 (qeyri-idman hərəkəti); Donald Qerye, 69 (oyunun bərpasını ləngitdiyinə görə)
Qollar: Filip Ozobiç, 20; Bədavi Hüseynov, 81
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.

“Sumqayıt”
12. Rəşad Əzizli
21. Arif Daşdəmirov
2. Rail Məlikov
3. Vurğun Hüseynov (k)
99. Əli Babayev
10. Aleksey İsayev
5. Adil Nağıyev
8. Peyman Babayi
(9. Ehtiram Şahverdiyev, 65)
70. Ülvi İsgəndərov
(15. Əmir Ağayev, 46)
74. Yusif Nəbiyev
97. Xəyal Nəcəfov
(22. Əfran İsmayılov, 46)

Ehtiyat oyunçular:
1. Mehdi Cənnətov
60. Elvin Məmmədov
17. Nicat Qurbanov
7. Cavid Tağıyev
18. Süleyman Əhmədov
20. Rüfət Abdullazadə

Baş məşqçi: Ayxan Abbasov

“Qarabağ”
13. Vaqner da Silva
55. Bədavi Hüseynov
14. Rəşad Sadıqov (k)
5. Maksim Medvedev
20. Riçard Almeyda
17. Abdullah Zubir
77. Donald Qerye
(25. Ansi Aqolli, 76)
19. Filip Ozobiç
10. Dani Kintana
(99. Reynaldo Silva, 80)
7. İnnosent Emeqara
(6. Simeon Slavçev, 67)
21. Hacıağa Hacılı

Ehtiyat oyunçular:
1. Hannes Halldorsson
4. Rahil Məmmədov
30. Abbas Hüseynov
52. Yakub Jezniçak
18. İsmayıl İbrahimli
70. Nicat Süleymanov

Baş məşqçi: Qurban Qurbanov

Topaz Premyer Liqasında 16-cı turun oyunları keçirilib. "Sumqayıt" FK bu turda "Kapital Bank Arena"da "Qarabağ"ı qəbul edib. Komandamız 0:2 hesabı ilə məğlub olub. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda səfərdə "Keşlə"nin qonağı olacaq.
Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi): “Çətin oyun oldu. “Qarabağ” çox istəkli başladı. Biz də yaxşı hazırlaşmışdıq. İlk 15-20 dəqiqə tam oyuna qoşula bilmədik. İlk hissədə üstünlük rəqibdədi idi. İkinci hissə “Sumqayıt”a layiq oyun oynadıq, buna görə futbolçulara təşəkkür etdim. İnanıram ki bu durumdan çıxa biləcəyik. Uduzmaq əlbəttə ki, pis təsir edir. Futbolda qalibiyyət də olur. Yaxşı komanda məğlub olanda bilinir. Bu nəticədən dərs çıxarmalıyıq. Qarşıda vacib oyunlar var, xal itirsək, çox çətin olacaq”.