08/02/2019

“Sumqayıt” FK-nın 6 futbolçusu U-21 millisinə dəvət alıb


21 yaşadək futbolçulardan ibarət milli komandanın Bakı şəhərində təlim-məşq toplanışı olacaq. Toplanışa dəvət olunan futbolçular arasında “Sumqayıt” FK-nın 6 futbolçusu yer alıb. Belə ki, Süleyman Süleymanov, Elvin Dəmirov, Ricat Qarayev, Baxşəli Baxşəliyev, Süleyman Əhmədov və Murad Xaçayev 10-12 fevral tarixləri arasında baş tutacaq hazırlıq prosesinə dəvət alıb.