07/02/2019

“Sumqayıt-2” ikinci dövrəyə qələbə ilə başladı


I Divizionda 14-cü turun oyunları keçirilib. “Sumqayıt” FK-nın əvəzediciləri “Kapital Bank Arena”nın köməkçi meydançasında “Keşlə-2” ilə qarşılaşıb. Elbrus Məmmədovun yetirmələri 3 xalı 3 qolla qazanıb. Qeyd edək ki, “Sumqayıt-2” növbəti turda səfərdə “Səbail-2” ilə qarşılaşacaq.

I Divizion, XIV tur
“Sumqayıt-2” – “Keşlə-2” 3:0
Qollar:
Baxşəli Baxşəliyev, 27; Fərid Kərimzadə, 45; İbrahim Əliyev, 90+4.
Qırmızı vərəqə: Elvin Nəsibov, 90.