07/02/2019

Fritz Ştuxlik “Kapital Bank Arena”da seminar keçirib


Bu gün AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlikin iştirakı ilə “Sumqayıt” FK-nın əsas komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib. “Kapital Bank Arena”nın konfrans zalında baş tutan tədbirdə komandamızın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib.