06/02/2019

“Universal PRO” MMC ilə “Sumqayıt” FK arasındakı əməkdaşlıq müqaviləsi daha bir il müddətinə uzadılıb


1998-ci ildən etibarən Azərbaycanın inşaat sektorunda uğurla fəaliyyət göstərən “Universal PRO” MMC ilə "Sumqayıt" Futbol Klubu arasındakı əməkdaşlıq müqaviləsinin müddəti daha bir illiyinə uzadılıb. Müqaviləyə uyğun olaraq, adıçəkilən şirkət komandamızın ev oyunlarını keçirdiyi “Kapital Bank Arena”da özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaqdır. Bundan başqa, “Universal PRO” MMC ilə "Sumqayıt" FK bu bir il ərzində müxtəlif ictimai aksiyalar həyata keçirəcək və "Sumqayıt" FK-nın oyun geyimlərində "Universal PRO"ya məxsus əmtəə nişanları yerləşdiriləcək.

Xatırladaq ki, “Universal PRO” MMC ilə “Sumqayıt” FK 2018-ci ilin mart ayından əməkdaşlıq edir.