06/02/2019

Emil Babayev “A” kateqoriyalı məşqçi kurslarını uğurla başa vurub


Bu gün AFFA-nın Futbol akademiyasında qapıçı məşqçiləri üçün UEFA-nın A kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom və sertifikatlar təqdim olunub. Diplom və sertifikatları AFFA-nın texniki direktoru Bernhard Lippert təqdim edib. Qeyd edək ki, “A” kateqoriyası almış məşqçilərin arasında “Sumqayıt” FK-nın əsas komandasının qapıçılar üzrə məşqçisi Emil Babayev də yer alıb.