05/02/2019

"Sumqayıt" - "Qarabağ" qarşılaşmasını Orxan Məmmədov idarə edəcək


Topaz Premyer Liqasında 16-cı turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Sumqayıt" – “Qarabağ" qarşılaşmasını Orxan Məmmədov idarə edəcək. Elşad Abdullayev və Cavanşir Yusifov yan xətlərdə Məmmədova kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Rauf Cabbarov olacaq.
Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" qarşılaşması 9 fevral, saat 18:30-da "Kapital Bank Arena"da keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

9 fevral (şənbə)

“Sumqayıt” – “Qarabağ”
Hakimlər:
Orxan Məmmədov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rauf Cabbarov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Kapital Bank Arena”, 18:30 (CBC Sport, canlı)