18/03/2012

“Sumqayıt” “Kəpəz”ə məğlub olub


18 mart 2012. Saat 14:00. Gəncə şəhər stadionu. 5000 tamaşaçı
Baş hakim: Vüsal Əliyev
Baş hakimin köməkçiləri: Knyaz Əmiraslanov, Nahid Əliyev
Dördüncu hakim: Əliyar Ağayev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Səfər Haşımov
Sarı vərəqələr: Nikolay Svejentsev, 26 (qeyri-idman hərəkəti); Şahin Kərimov, 28 (qeyri-idman hərəkəti); Nail Məmmədov, 78 (qeyri-idman hərəkəti); Renat Sultanov, 87 (qeyri-idman hərəkəti) // Ramil Həşimzadə, 78 (qeyri-idman hərəkəti)
Qollar: Yuri Fomenko, 2; 24; Bədavi Hüseynov, 17 (ö.q.); Junivan Suares, 85 (p.) // Samir Abbasov, 48
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.

“Kəpəz”
22. Tural Abbaszadə
(1. Xəyal Zeynalov, 88)
5. Əli İsmayılov
15. Şahin Kərimov
4. Azər Məmmədov (k)
25. İon Arabadji
27. Pərvin Paşayev
(23. Junivan Suares, 58)
18. Nikolay Svejentsev
8. Armand Feutchine
14. Dmitri Parxaçov
(17. Renat Sultanov, 80)
2. Nail Məmmədov
30. Yuri Fomenko

Ehtiyat oyunçular:
19. Zaur Əsədov
9. Ceyhun Əhmədov
3. Vasif Haqverdiyev
6. Vasif Əliyev

Baş məşqçi: Fuad İsmayılov

“Sumqayıt”
55. Andrey Popoviç
2. Slavik Alxasov
15. Tərlan Quliyev
(90. Yasin Abbasov, 46)
22. Bəxtiyar Həsənalızadə
52. Bədavi Hüseynov
4. Samir Abbasov (k)
7. Mahmud Qurbanov
27. Ramil Haşımzadə
25. Uğur Pamuk
(9. Orxan Həsənov, 65)
91. Ruslan Qurbanov
11. Kamil Nurəhmədov

Ehtiyat oyunçular:
12. Sahil Kərimov
70. Aydın Qasımov
8. Emin Mustafayev
10. Eşqin Quliyev
95. Ruslan Nəsirli

Baş məşqçi: Bernhard Raab

“Sumqayıt” Futbol Klubu Unibank Premyer Liqasının XXIV turu çərçivəsində səfərdə “Kəpəz”ə 1:4 hesabı ilə məğlub olub. Komandamızdan yeganə qolu 48-ci dəqiqədə Samir Abasov vurub.

Bernhard Raab (“Sumqayıt”ın baş məşqçisi): “Bugünkü oyunumuzdan razı qaldım. Lakin oyunun ilk 20 dəqiqəsində komandamın oyunu heç xoşuma gəlmədi. Futbolçular sanki yatmışdı. Amma daha sonra çox gözəl oyun göstərdik. “Kəpəz” komandası bizim zəifliyimizdən istifadə edib qələbə qazandı”.

Fuad İsmayılov (“Kəpəz”in baş məşqçisi): “Bu oyuna ciddi hazırlaşmışdıq. “Sumqayıt”ın əksər futbolçuları U-21 milli komandasının üzvüdür. Yaratdığımız qol epizodlarından maksimum istifadə etdik və qələbə qazandıq”.