03/02/2019

"Sumqayıt" FK səfərdə "Qəbələ" ilə qarşılaşıb


"Qəbələ" - "Sumqayıt" 1:0
3 fevral 2019. Saat 14:00. Qəbələ şəhər stadionu, 530 tamaşaçı  
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Rza Məmmədov
Dördüncü hakim: Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev 
AFFA nümayəndəsi: Şaiq Həmidov 
Sarı vərəqələr: Davit Volkov, 43 (qeyri-idman hərəkəti); Amin Seydiyev, 57 (qeyri-idman hərəkəti); Urfan Abbasov, 79 (qeyri-idman hərəkəti)
Qollar: Stiven Monroz, 84
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə - 3 dəq.

“Qəbələ”
22. Dmitri Bezotosnı
34. Urfan Abbasov
14. Cavid Hüseynov (k)
4. Elvin Camalov
3. Voislav Stankoviç
21. Atakora Lalavele
17. Ceyms Adeniyi
28. Stiven Monroz
9. Davit Volkov
(88. Sabien Lilay, 81)
27. Bəhlul Mustafazadə
2. Amin Seydiyev

Ehtiyat oyunçular:
1. Anar Nəzirov
35. Murad Popov
5. Rasim Ramaldanov
18. İlqar Qurbanov
8. Qismət Alıyev
7. Roman Hüseynov
98. Rövlan Muradov 

Baş məşqçi: Sənan Qurbanov

 “Sumqayıt” 

12. Rəşad Əzizli
21. Arif Daşdəmirov
2. Rail Məlikov
(70. Ülvi İsgəndərov, 87)
3. Vurğun Hüseynov (k)
99. Əli Babayev
10. Aleksey İsayev
22. Əfran İsmayılov
7. Cavid Tağıyev
(11. Atilla Yıldırım, 64)
5. Adil Nağıyev
8. Peyman Babayi
(15. Əmir Ağayev, 69)
74. Yusif Nəbiyev

Ehtiyat oyunçular:
1. Mehdi Cənnətov
60. Elvin Məmmədov
17. Nicat Qurbanov
50. Peyman Keşavarz
9. Ehtiram Şahverdiyev
97. Xəyal Nəcəfov
77. Murad Xaçayev
18. Süleyman Əhmədov

Baş məşqçi: Ayxan Abbasov


Topaz Premyer Liqasında 15-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu turda səfərdə "Qəbələ"nin qonağı olub. Komandamız 0:1 hesabı ilə məğlub olub.
Ayxan Abbasov ("Sumqayıt" FK-nın baş məşqçisi: “Bilirdik ki, qış fasiləsindən sonra birinci oyun çətin olacaq. Bu üzdən oyuna yaxşı hazırlaşmışdıq. Fikrimcə, İlk hissə daha yaxşı təsir bağışladıq. Fasilədən sonra da oyuna yaxşı başlamağımıza baxmayaraq, hesabda geri düşdük. Oyunun gedişində matçın taleyini bir qol həll edəcəyini də hiss etməmək mümkün deyildi. “Qəbələ” səviyyəli oyunçulardan qurulmuş kollektivdi. Matç başa çatandan sonra futbolçularıma yaxşı oyuna görə təşəkkür etdim. Futbol kollektiv oyun olduğundan udan da, uduzan da komandadı. Kimisə mühakimə edib, günahı onun üzərinə atmaq düzgün olmaz. Növbəti matçlarda daha yaxşı oynayıb uğurlu nəticələr qazanmağa çalışacağıq”.