01/02/2019

“Sumqayıt” FK “Qəbələ” ilə oyunun hazırlıqlarını davam etdirir


Premyer Liqanın 3-cü dövrəsinin ilk qarşılaşmasında səfərdə “Qəbələ” ilə qarşılaşacaq olan “Sumqayıt” FK hazırlıqlarını davam etdirir. Komandamız Ayxan Abbasovun rəhbərliyi altında bu gün “Kapital Bank Arena”nın təbii örtüklü ehtiyat meydançasında növbəti məşqini keçirib. Müdafiəçimiz Şəhriyar Əliyev bərpa prosesi keçdiyi üçün fitness zalında hazırlaşıb. 1.5 saat davam edən məşq prosesi əsasən toplu çalışmalar və müxtəlif taktiki gedişlər üzərində qurulub.

Qeyd edək ki, “Qəbələ” – “Sumqayıt” qarşılaşması 3 fevral, saat 14:00-da Qəbələ şəhər stadionunda keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.