31/01/2019

Əmir Ağayev “Sumqayıt” FK ilə müqavilə imzalayıb


Dövrələrarası fasilədə heyətini gücləndirməyə davam edən “Sumqayıt” FK növbəti transferini reallaşdırıb. Belə ki, komandamız son olaraq, “Hapoel Tel-Əviv” klubunda çıxış edən Əmir Ağayevlə müqavilə imzalayıb. 27 yaşlı adıçəkilən futbolçu 1,5 illik sövdələşməyə imza atıb.

Qeyd edək ki, “Bnei Yehuda”nın yetirməsi olan Əmir Ağayev adıçəkilən klubda 2010-cu ildən 2016-cı ilədək çıxış edib (180 oyun, 29 qol). Daha sonra isə “Omoniya” (Nikosiya, Kipr; 7 oyun, 2 qol) və “Beytar Yerusəlim” (5 oyun) klublarının uğurları üçün çalışan Ağayev son olaraq isə Tel-Əviv “Hapoel”ində (35 oyun, 7 qol) çıxış edib.