29/01/2019

"Sumqayıt" FK Peyman Keşavarz ilə müqavilə imzalayıb


Dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK növbəti futbolçunu heyətinə cəlb edib. Belə ki, komandamız əslən Azərbaycanlı olan futbolçu Peyman Keşavarzla 6 ay + 1 il sistemi ilə müqavilə imzalayıb. 22 yaşlı müdafiəçi "Sumqayıt" FK-da 50 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Təbrizin "Traktorsazi" komandasının yetirməsi olan Peyman Keşavarz həmin şəhərin digər klubları olan "Maşınsazi" və "Gostaresh Foolad" ilə yanaşı "İstiqlal Əhvaz"ın da şərəfini qoruyub.