28/01/2019

"Qəbələ" - "Sumqayıt" qarşılaşmasını Əliyar Ağayev idarə edəcək


Topaz Premyer Liqasında 15-ci turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Qəbələ" - "Sumqayıt" qarşılaşmasını Əliyar Ağayev idarə edəcək. Rza Məmmədov və Akif Əmirəli yan xətlərdə Ağayevə kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Kamal Umudlu olacaq.
Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" qarşılaşması 3 fevral, saat 14:00-da Qəbələ şəhər stadionunda keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

3 fevral (bazar)
“Qəbələ” – “Sumqayıt”
Hakimlər:
Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Qəbələ şəhər stadionu, 14:00 (CBC Sport, canlı)