28/01/2019

“Sumqayıt” FK U-15 və U-16 “Dinamo” Rustavi ilə yoxlama oyunu keçirib


Həftə sonu “Sumqayıt” FK-nın U-15 və U-16 komandaları yoxlama oyunu keçirib. Belə ki, komandalarımız Azərbaycanda təlim-məşq toplanışı keçirən Gürcüstanın Rustavi şəhərini təmsil edən “Dinamo” komandasının müvafiq yaş qrupları ilə qarşılaşıb. “Kapital Bank Arena”nın köməkçi meydançasında keçirilən oyunlarda 16 yaşlıların qarşılaşmasında 1:1 hesablı heç-heçə qeydə alınıb. Elmar Turabov görüşdə vurduğumuz yeganə qolun sahibi olub. 15 yaşlılarımız isə həmyaşıdlarını 4:0 hesabı ilə məğlub ediblər. Əjdər Hacılının dubl etdiyi qarşılaşmada Nizami Axundov isə bir dəfə rəqib qapısına yol tapıb. Digər qolu isə rəqib öz qapısından keçirib.
Bundan başqa AFFA-nın aşağı yaş qrupları üzrə keçirdiyi liqalarda növbəti turun oyunları keçirilib. “Sumqayıt” FK-nın akademiyasının oyunlarında 1 qələbə, 1 heç-heçə və 3 məğlubiyyət qeydə alınıb. Nəzərinizə çatdıraq ki, “Sumqayıt” FK-nın U-16 komandası turu qələbə ilə başa vurub.

U-16 (yoxlama oyunu)
“Sumqayıt” – “Dinamo” Rustavi (Gürcüstan) 1:1
Qol:
Elmar Turabov

U-15 (yoxlama oyunu)
“Sumqayıt” – “Dinamo” Rustavi (Gürcüstan) 4:0
Qollar:
Əjdər Hacılı (2), Nizami Axundov, avtoqol

U-19 Liqası
“Sumqayıt” – “Keşlə” 0:1

U-16 Liqası
“Sumqayıt” – ROİL 2:1
Qollar:
Ruhid Mustafayev, İlkin İbrahimov.

U-14 Liqası
“Sumqayıt” – “Binə” 1:3
Qol:
İbrahim Nağıyev

U-13 Liqası
“Sumqayıt” – “Keşlə” 1:2
Qol:
İsmayıl Əliyev.

U-12 Liqası
“Sumqayıt” – “Leon” 0:0