26/01/2019

“Sumqayıt-2” yoxlama oyununda “Qarabağ-2”ni böyük hesabla məğlub edib


I Divizionun lideri olan “Sumqayıt” FK-nın əvəzediciləri 2-ci dövrəyə hazırlıq mərhələsində bu gün növbəti yoxlama oyununu keçirib. Elbrus Məmmədovun yetirmələri “Kapital Bank Arena”nın köməkçi meydançasında “Qarabağ-2” ilə qarşılaşıb. Komandamız 5:0 hesabı ilə qələbə qazanıb. “Sumqayıt-2”-nin qollarını İbrahim Əliyev (2), Elvin Nəsibov (2) və Fərid Kərimzadə rəqib qapısından keçirib.