26/01/2019

“Sumqayıt” FK son yoxlama oyununda “Zemun”u məğlub edib


Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt” FK bu gün son yoxlama oyununu keçirib. Ayxan Abbasovun yetirmələri Serbiya təmsilçisi “Zemun”la qarşılaşıb. Komandamız Yusif Nəbiyev və Ülvi İsgəndərovun qolları ilə 2:1 hesablı qələbə qazanıb. Nəzərinizə çatdıraq ki, bu oyunla “Sumqayıt” FK təlim-məşq toplanışını yekunlaşdırıb. Komanda sabah Vətənə qayıdacaq.
Ayxan Abbasov (“Sumqayıt” FK-nın baş məşqçisi): “Bu gün iki oyun keçirmək istəyirdik. Fikrimiz hər kəsə 90 dəqiqə şans vermək idi. Birinci oyun hava şəraitinə görə 45 dəqiqə çəkdi. Meydanda olan futbolçular bu müddətdə yaxşı təsir bağışladılar. İkinci oyundakı rəqibimiz də kifayət qədər yaxşı klub idi. Oyun planlaşıdırılan yerdə baş tutmadı, çətinliklə Manavgat stadionuna gəldik. Qarşılaşmaya gəldikdə isə, maraqlı oyun keçdi. Dünənki ağır məşqdən sonra keçirilən oyunun sonunda futbolçularımdan razı qaldım. Onların qələbə qazanma istəkləri məni qane etdi. Şükürlər olsun ki, toplanışı qələbə ilə başa vurduq. Bakıya qayıtdıqdan sonra bəzi səhvlərimizi tam aradan qaldırıb, “Qəbələ” ilə qarşılaşmaya tam hazır olmağa çalışacağıq”.

Yoxlama oyunu
“Sumqayıt” – “Zemun” 2:1
Qollar:
Yusif Nəbiyev, 24; Ülvi İsgəndərov, 63 – Momcelo Mrkaic, 90+1.

“Sumqayıt” FK oyuna bu 11-liklə başlayıb:
12. Rəşad Əzizli
2. Rail Məlikov
3. Vurğun Hüseynov (k)
5. Adil Nağıyev
10. Aleksey İsayev
21. Arif Daşdəmirov
22. Əfran İsmayılov
41. Peyman Babaei
74. Yusif Nəbiyev
97. Xəyal Nəcəfov
99. Əli Babayev

Meydana sonradan daxil olanlar:
1. Mehdi Cənnətov
4. Peyman Keşavarz
7. Cavid Tağıyev
11. Atilla Yıldırım
18. Süleyman Əhmədov
25. Baxşəli Baxşəliyev
70. Ülvi İsgəndərov