17/03/2012

Bernhard Raab - 46!


Bu gün “Sumqayıt” Futbol Klubunun baş məşqçisi Bernhard Raabın 46 yaşı tamam olur. Baş məşqçimizi kollektivimiz adından doğum günü münasibətilə təbrik edir, ona mənalı həyat və uğurlar arzu edirik.
Qeyd edək ki, Bernhard Raab mövsümün əvvəlində “Sumqayıt” Futbol Klubu ilə 2 illik müqavilə imzalamışdı.

Çalışdırıcının vizit vərəqəsi
Bernhard Raab (Almaniya)
17 mart 1966-cı ildə doğulub (46 yaşı var).
Futbolçu kimi Bundesliqada 31 oyun keçirib və 3 qol vurub. 1987-ci ilin yayında «Langensteynbax» klubundan «Karlsrue»nin həvəskarlar komandasına transfer olsa da, 1987/88 mövsümünün gedişində əsas komandada çıxış etməyə başlayıb. 1989-cu ilə kimi «Karlsrue»nin formasını geyinib.
1989/90 mövsümündə həmçinin 2-ci bundesliqada «Hessen Kassel»in şərəfini qoruyub: 22 matçda 4 dəfə fərqlənib.
1992-1999-cu illərdə Regionalliqada «Vehen» klubunda çıxış edib.
2006-2008-ci illərdə «Biebrix 02» komandasında əvvəlcə futbolçu, sonra isə oynayan məşqçi kimi fəaliyyət göstərib.
2008-ci ilin iyulundan «Vehen Visbaden»in gənclər mərkəzinə rəhbərlik edib. 2009-cu ilin aprelində müvəqqəti olaraq adıçəkilən klubun əsas komandasının da baş məşqçisi işləyib. 2010/11 mövsümündə isə «Vehen Visbaden»in 2-ci komandasını çalışdırıb.

Futbolçu karyerasının statistikası
1987/88 Bundesliqa Karlsrue 17 oyun 2 qol
1988/89 Bundesliqa Karlsrue 13 oyun 1 qol
1989/90 Bundesliqa Karlsrue 1 oyun 1 qol
1990/91 2-ci Bundesliqa Hessen Kassel 22 oyun 4 qol