25/01/2019

"Sumqayıt" FK Antalyada son məşqini keçirib


Antalyada keçirilən təlim-məşq toplanışını yekunlaşdırmaq üzrə olan "Sumqayıt" FK bu gün qonşu ölkədə son məşqinə çıxıb. Ayxan Abbasovun yetirmələri hazırlıq prosesinin 13-cü gününü bir məşqlə başa vurub. Axşam saatlarında start götürən hazırlıq prosesində komanda taktiki gedişlər, qısa ötürmələrlər və müxtəlif tapşırıqlar üzərində çalışıb.
Qeyd edək ki, "Sumqayıt" FK Antalya toplanışına sabah keçirəcəyi iki yoxlama oyunu ilə yekun vuracaq. Komandamız ayın 27-də Vətənə qayıdacaq.