25/01/2019

“Sumqayıt” FK 2 yoxlama oyunu keçirəcək


Antalyada təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” FK sabah iki yoxlama oyunu keçirəcək. Belə ki, komandamız ilk öncə Almaniya Regional Liqası təmsilçisi “Optik Rathenow” daha sonra isə Serbiya təmsilçisi “Zemun”la qarşılaşacaq. Lara bölgəsindəki Fanatic stadionunda baş tutacaq olan oyunlar müvafiq olaraq yerli vaxtla 11:00 (Bakı vaxtı ilə 12:00) və 15:30-da (Bakı vaxtı ilə 16:30) start götürəcək.