25/01/2019

“Sumqayıt-2” yoxlama görüşündə “Qarabağ-2” ilə qarşılaşacaq


I Divizionun lideri olan “Sumqayıt” FK-nın əvəzediciləri sabah növbəti yoxlama oyununu keçirəcək. Komandamız I Divizion təmsilçisi “Qarabağ-2” ilə qarşılaşacaq. Oyun “Kapital Bank Arena”nın ehtiyat meydançasında saat 14:00-da keçiriləcək. Qeyd edək ki, bundan öncə keçirilən 2 oyunda komandamız “Uğur”la 2:2 hesablı heç-heçə edibsə, “Şahdağ”ı 2:1-lik hesabla məğlub edib.