24/01/2019

"Sumqayıt" FK fitness zalında məşq edib


Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən "Sumqayıt" FK bu gün bir məşqlə kifayətlənib. Ayxan Abbasovun yetirmələri əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq fitness zalında hazırlaşıb. Təxminən 1 saat davam edən məşqdə müxtəlif hərəkətlər yerinə yetirilib. Qeyd edək ki, komandamız sabah 1 məşqlə günə yekun vuracaq.