24/01/2019

U-21 millimiz “Spartak-2” ilə heç-heçə edib


Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Türkiyənin Antalya şəhərində “Spartak-2” (Moskva) komandası ilə qarşılaşan millimiz qolsuz heç-heçə edib. Toplanışa dəvət almış 7 futbolçumuzdan 3-ü – Süleyman Əhmədov, Murad Xaçayev və Ricat Qarayev start heyətdə meydana çıxıb. Digər 4 futbolçu – Süleyman Süleymanov, Tural Bayramlı, Baxşəli Baxşəliyev və Elvin Dəmirov isə oyuna sonradan daxil olub.