24/01/2019

“Sumqayıt-2” yoxlama oyununda “Şahdağ”ı məğlub edib


I Divizionun lideri olan “Sumqayıt” FK-nın əvəzediciləri bu gün növbəti yoxlama oyununu keçirib. Komandamız “Kapital Bank Arena”nın köməkçi meydançasında Region Liqası təmsilçisi “Şahdağ”ı sınağa çəkib. Məhəmməd Alıyevin dubl etdiyi qarşılaşmada “Sumqayıt-2” 2:1 hesablı qələbə qazanıb. Qeyd edək ki, əvəzedicilərimiz ilk yoxlama oyununda “Uğur”la 2:2 hesablı heç-heçə etmişdi.