01/09/2011

“Sumqayıt Şəhər” hazırlığını davam etdirir


Sentyabrın 11-də Unibank Premyer Liqasının 5-ci turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Qarabağ”ı qəbul edəcək “Sumqayıt Şəhər” hazırlığını “Dalğa Arena”da davam etdirir. U-17-nin heyətində Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdən qayıdan komandamızın 3 futbolçusu – Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Camaləddinov artıq Bernhard Raabın sərəncamındadır.

Heyətdə yer alan 3 zədəli futbolçudan Timur İsrafilov və Murad Səttarlı komanda ilə məşqlərini davam etdirir. Bərpa prosesi keçən Abdulla Abatsiyevin isə iki həftədən sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.

“Sumqayıt Şəhər”in yeni transferi Bədavi Hüseynov isə 21 yaşadək futbolçulardan ibarət milli komandanın heyətində olduğu üçün sentyabrın 8-də kollektivə qoşulacaq.