11/08/2011

“Sumqayıt Şəhər”in 5 futbolçusu milli komandada


“Sumqayıt Şəhər” klubunun qapıçısı Andriy Popoviç millinin heyətinə dəvət alıb. Nəzərinizə çatdıraq ki, Berti Foqtsun rəhbərlik etdiyi Azərbaycan yığması avqustun 10-da, saat 20:00-da, «Dalğa Arena» Makedoniya ilə yoldaşlıq oyunu keçirəcək.

“Sumqayıt Şəhər” klubunun daha 4 futbolçusu - Emil Balayev, Eşqin Quliyev, Emin Mustafayev, Kamil Nurahmedov 21 yaşadək futbolçulardan ibarət milli komandanın heyətinə çağırılıb.

Qeyd edək ki, U-21 avqustun 9-da, Tallinn şəhərindəki “A.Le Coq Arena”da estoniyalı həmyaşıdları ilə yoldaşlıq oyunu keçirəcək.