22/01/2019

“Sumqayıt” FK yoxlama oyununda “Vardar”ı məğlub edib


Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” FK bu gün növbəti yoxlama oyununu keçirib. Komandamız Manavgat Evrenseki stadionunda Makedoniya təmsilçisi “Vardar” ilə qarşılaşıb. Qarşılaşmanın ilk hissəsində 0:1 hesabı ilə məğlub olan Ayxan Abbasovun yetirmələri geridönüş etməyi bacarıb. Arif Daşdəmirov, Xəyal Nəcəfov və Elvin Məmmədovun qolları ilə “Sumqayıt” FK 3:1 hesablı qələbə qazanıb. Qeyd edək ki, komandamız ilk yoxlama oyununda Qazaxıstan “Jetisu”su ilə 1:1 hesablı heç-heçə əldə etmişdi.
Ayxan Abbasov (“Sumqayıt” FK-nın baş məşqçisi): “Bilirsiniz ki, hazırlıqlar ağır, komanda isə yorğun olur. Bu günki oyunda futbolçularımızın istəyi, tapşırıqları düzgün yerinə yetirmələri bizi qane etdi. Qələbə qazandıq və komandamızın oyunundan razı qaldıq. Çalışırıq ki, yoxlama oyunlarında bütün oyunçularımıza şans verək. Çünki, toplanışdan sonra çempionata tam hazır şəkildə başlamalıyıq”.

Yoxlama oyunu
“Sumqayıt” – “Vardar” (Makedoniya) 3:1
Qollar:
Arif Daşdəmirov, 53; Xəyal Nəcəfov, 56; Elvin Məmmədov, 87 – Yevhen Novak, 39.

“Sumqayıt” FK meydana bu 11-liklə çıxıb:
1. Mehdi Cənnətov
2. Rail Məlikov
3. Vurğun Hüseynov (k)
5. Adil Nağıyev
7. Cavid Tağıyev
21. Arif Daşdəmirov
22. Əfran İsmayılov
41. Peyman Babaei
74. Yusif Nəbiyev
97. Xəyal Nəcəfov
99. Əli Babayev

Oyuna sonradan daxil olanlar:
12. Rəşad Əzizli
4. Peyman Keşavarz
6. Səbuhi Abdullazadə
9. Ehtiram Şahverdiyev
11. Atilla Yıldırım
17. Nicat Qurbanov
44. Valeh Seyidov
60. Elvin Məmmədov
70. Ülvi İsgəndərov
90. Elvin Bədəlov