21/01/2019

“Sumqayıt” FK “Vardar”la yoxlama oyunu keçirəcək


Premyer Liqanın 3-cü dövrəsi üçün hazırlıqlarını Antalyada davam etdirən “Sumqayıt” FK sabah növbəti yoxlama oyununu keçirəcək. Ayxan Abbasovun yetirmələri Makedoniya təmsilçisi “Vardar”la qarşılaşacaq. Manavgat şəhər stadionunda yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 16:00) start götürəcək oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.