21/01/2019

“Sumqayıt” FK Antalya toplanışının 9-cu gününə səhər məşqi ilə start verib


Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” FK bu gün yağışlı havaya rəğmən səhər məşqini keçirib. İlk hissəsi fiziki göstəricilərin artırılmasına hesablanmış hazırlıq mərhələsi daha sonra isə topla müxtəlif hərəkətlər və taktiki gedişlər üzərində çalışma ilə davam edib. 1.5 saat davam edən məşqə ikitərəfli oyunla yekun vurulub. Nəzərinizə çatdıraq ki, Ayxan Abbasovun yetirmələri günə axşam saatlarında fitness məşqi ilə yekun vuracaq.
Qeyd edək ki, “Sumqayıt” FK sabah Antalyada növbəti yoxlama oyununu keçirəcək. Komandamız Makedoniya təmsilçisi “Vardar”la qarşılaşacaq. Oyunun keçiriləcəyi yer və saatla bağlı məlumat klubumuzun rəsmi media hesablarında yerləşdiriləcək.