20/01/2019

"Sumqayıt-2" "Şahdağ"la yoxlama oyunu keçirəcək


I Divizionun lideri olan "Sumqayıt" FK-nın əvəzediciləri 2-ci dövrəyə hazırlıq məqsədi ilə növbəti yoxlama oyununda qüvvəsini sınayacaq. Elbrus Məmmədovun yetirmələri Region Liqası təmsilçisi "Şahdağ"la qarşılaşacaq. Matç 24 yanvar, saat 14:00-da "Kapital Bank Arena"nın ehtiyat meydançasında keçiriləcək.
Qeyd edək ki, "Sumqayıt-2" ilk yoxlama oyununda "Uğur"la heç-heçə etmişdi (2:2).