20/01/2019

Vurğun Hüseynov: "Baş məşqçinin tələblərini tam olaraq yerinə yetirmək üçün daha çox çalışırıq"


"Sumqayıt" Futbol Klubunun müdafiəçisi Vurğun Hüseynov Antalya toplanışını dəyərləndirib. Klubumuzun rəsmi saytına danışan kapitan bunları deyib: "Artıq bir həftədir ki, təlim-məşq toplanışımız davam edir. Baş məşqçinin tələblərini tam olaraq yerinə yetirmək üçün daha çox çalışırıq. Artıq burda olduğumuz müddətdə bir yoldaşlıq oyunu da keçirmişik. Düzdü, qələbə qazanmaq həmişə daha xoşdu, amma, heç-heçə də pis deyil. Səhvlərimiz üzərində çalışıb maksimum dərəcədə yoluna qoymağa çalışacağıq. İnşallah 3-cü dövrədə daha da güclü "Sumqayıt" görəcəksiniz".