20/01/2019

"Sumqayıt" FK-nın məşqində 20 yanvar şəhidləri anılıb


Əvvəlcədən məlumat verdiyimiz kimi, dünən keçirilməli olan yoxlama görüşü ləğv olunan "Sumqayıt" FK həmin matçı ikitərəfli oyunla əvəz edib. Bu gün isə komandamız səhər məşqi keçirilib.
Məşqdən əvvəl 20 yanvar hadisələrinin 29-cu ildönümü ilə əlaqədar olaraq şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla anılıb. Baş məşqçimiz Ayxan Abbasov 20 yanvar hadisələri haqqında futbolçularımıza məlumat verib.
Təxminən 1 saat davam edən məşq prosesi əsasən bərpa xarakterli olub.