18/01/2019

"Sumqayıt" FK növbəti yoxlama oyununu "Çelik"ə qarşı keçirəcək


Antalyada təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" FK sabah növbəti yoxlama oyununu keçirəcək. Ayxan Abbasovun yetirmələri Bosniya və Herseqovina təmsilçisi "Çelik"lə qarşılaşacaq. Matç Topkapı otelinin stadionunda yerli vaxtla saat 15:30-da (Bakı vaxtı ilə 16:30) keçiriləcək.