17/01/2019

7 futbolçumuz U-21 millidə


21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı olacaq. Toplanışa "Sumqayıt" FK-nın 7 futbolçusu dəvət alıb. Belə ki, Süleyman Süleymanov, Elvin Dəmirov, Ricat Qarayev, Tural Bayramlı, Murad Xaçayev, Baxşəli Baxşəliyev və Süleyman Əhmədov 21-24 yanvar tarixləri arasında baş tutacaq olan təlim-məşq prosesində iştirak edəcək.