16/01/2019

“Sumqayıt” FK Peyman Babaei ilə müqavilə imzalayıb


2018/2019 mövsümünün üçüncü dövrəsi üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” FK növbəti transferini həyata keçirib. Belə ki, komandamız “Maşınsazi” (Təbriz) klubunda çıxış edən əslən azərbaycanlı hücumçu Peyman Babaei ilə müqavilə imzalayıb. 1.5 illik icarə əsasında “Sumqayıt” FK-nın şərəfini qoruyacaq olan Babaei 8 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “Traktorsazi” klubunun yetirməsi olan Peyman Babaei Təbriz şəhərində anadan olub. 2015-ci ilə qədər adıçəkilən klubun şərəfini qoruyan 24 yaşlı futbolçu Təbrizin digər klubları “Gostaresh Foolad” (26 oyun, 7 qol) və “Maşınsazi”nin (14 oyun, 3 qol) uğurları üçün çalışıb.