16/01/2019

“Sumqayıt” FK yoxlama görüşündə “Jetisu” ilə qarşılaşıb


“Sumqayıt” Futbol Klubu təlim-məşq toplanışı çərçivəsində bu gün Antalyada ilk yoxlama oyununu keçirib. Komandamız əvvəlcədən məlumat verdiyimiz kimi Qazaxıstan təmsilçisi “Jetisu” ilə qarşılaşıb. Bakı vaxtı ilə saat 13:00 start götürən oyunda Ayxan Abbasovun yetirmələri meydanı 1:1 hesablı heç-heçə edib. “Sumqayıt” FK-nın görüşdəki yeganə qolunu 50-ci dəqiqədə Ülvi İsgəndərov rəqib qapısından keçirib.
Ayxan Abbasov (“Sumqayıt” FK-nın baş məşqçisi): “Bəlkə bu gün oyun olmasında bir az üstünlüyümüz oldu ki, futbolçularda yorğunluq bir az azalmışdı. Fərqli 2 hissə oldu. Hər kəsə şans verdik. Ümumən razı qaldım. Xeyli qol imkanlarımız oldu, ancaq istifadə edə bilmədik. Səhvlərimiz də var. Çalışacağıq ki, Antalyada maksimum hazır olaq. Rəqibləri də elə seçmişik ki, çempionatın səviyyəsinə uyğundurlar və onlarla qarşılaşmalarda öz səhvlərimizi görə bilək. Bu gün nə tapşırıq qoyulmuşdu, futbolçular ümumən yerinə yetirməyə çalışdılar".

Yoxlama oyunu
“Sumqayıt” – “Jetisu” 1:1
Qollar:
Ülvi İsgəndərov, 50 – Oljas Kerimjanov, 35.

“Sumqayıt” FK meydana bu heyətlə çıxıb:
1. Mehdi Cənnətov
2. Rail Məlikov
3. Vurğun Hüseynov (k)
5. Adil Nağıyev
10. Aleksey İsayev
11. Atilla Yıldırım
21. Arif Daşdəmirov
22. Əfran İsmayılov
74. Yusif Nəbiyev
77. Murad Xaçayev
99. Əli Babayev

Meydana sonradan daxil olanlar:
12. Rəşad Əzizli
7. Cavid Tağıyev
9. Ehtiram Şahverdiyev
17. Nicat Qurbanov
18. Süleyman Əhmədov
25. Baxşəli Baxşəliyev
70. Ülvi İsgəndərov
97. Xəyal Nəcəfov
Elvin Bədəlov
Valeh Seyidov