15/01/2019

Riad Rəfiyev “Traktorsazi” klubunun rəhbərliyi ilə görüşüb


“Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyev bu gün Təbrizin “Traktorsazi” klubunun nümayəndələri və klubun sahibi Mohammad Reza Zonuzi ilə görüşüb. Hər iki klubun rəhbərləri arasında əməkdaşlıq barədə razılıq əldə olunub. Bu gündən etibarən “Sumqayıt” və “Traktorsazi” arasında əməkdaşlıq münasibətləri başlayacaq.