15/01/2019

“Sumqayıt” – “Jetisu” oyunu hava şəraiti ilə əlaqədar təxirə salınıb


Bu gün Türkiyənin Antalya şəhərində keçirilməli olan “Sumqayıt” – “Jetisu” qarşılaşması kəskin hava şəraiti ilə əlaqədar təxirə salınıb. Oyunun keçirilmə vaxtı sabah yerli vaxtla 12:00-a təyin olunub.