15/01/2019

"Sumqayıt-2" 5 yoxlama oyunu keçirəcək


I Divizionun lideri olan "Sumqayıt" FK-nın əvəzediciləri çempionatın ikinci dövrəsi üçün hazırlıqlarını davam etdirir. Komandamız Elbrus Məmmədovun rəhbərliyi altında gündə 2 dəfə olmaqla "Kapital Bank Arena"nın köməkçi meydançasında məşqlərini həyata keçirir.
Qeyd edək ki, hazırlıq dönəmində "Sumqayıt-2" 5 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 17-də Region Liqası təmsilçisi "Uğur", 24-də "Şahdağ", 26-da I Divizion təmsilçisi "Qarabağ-2", 31-də isə "Səbail-2" ilə hazırlıq matçları keçirəcək. 5-ci rəqibin kimliyinə isə yaxın günlərdə aydınlıq gələcək.