14/01/2019

“Sumqayıt” FK-nın Antalya gündəliyi II gün


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçən "Sumqayıt" Futbol Klubu qonşu ölkədə hazırlığını davam etdirir. Yerli vaxtla saat 11:00-da günün ilk məşqini keçirən komandamız əsasən fiziki göstəricilərin artırılması üzərində çalışıb. Hazırlığın sonlarında isə topla müxtəlif hərəkətlər edilib. Qeyd edək ki, “Sumqayıt” FK-nın axşam məşqi saat 17:00-da start götürəcək.