13/01/2019

"Sumqayıt" FK Antalyada ilk məşqini keçirib


"Sumqayıt” Futbol Klubu bu gündən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start verib. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda axşam saatlarında qonşu ölkədə ilk məşqinə çıxıb. Məşqə yüngül qaçışla start verən komanda, hazırlıq zamanı qısa ötürmələrlər və müxtəlif tapşırıqlar üzərində çalışıb. “Sumqayıt” FK hazırlığı iki tərəfli oyunla yekunlaşdırıb.