13/01/2019

"Sumqayıt" FK Antalyaya gəlib


"Sumqayıt" FK bu gündən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start verir. Komandamız bu gün 07:55-də H. Əliyev adına Beynəlxalq Hava Limanından qonşu ölkəyə yola düşüb. Yerli vaxtla saat 12:00-da Antalyaya çatan komandamız əvvəlcədən məlumat verdiyimiz kimi, Belek bölgəsində yerləşən "IC Santai" hotelinə gəlib. "Sumqayıt" FK-nın ilk məşqi saat 17:00-da olacaq.

Nəzərinizə çatdıraq ki, "Sumqayıt" FK Antalyada 4 yoxlama oyunu keçirəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 15-də Qazaxıstanın "Jetısu", 19-da Bosniya və Herseqovinanın "Çelik", 22-də Makedoniyanın "Vardar", 26-da isə Serbiyanın "Zemun" klubları ilə qarşılaşacaq