11/01/2019

Səbuhi Abdullazadə milli komandaya dəvət alıb


Yanvarın 14-dən 20-dək Bakıda 2001/2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq. Yığma 15, 17 və 20 yanvar tarixlərində yoxlama oyunlarında qüvvəsini sınayacaq. Qeyd edək ki, "Sumqayıt" FK-nın futbolçusu Səbuhi Abdullazadə də adıçəkilən toplanışa dəvət alıb.