10/01/2019

"Sumqayıt" FK-nın qış hazırlığı haqqında məlumat


"Sumqayıt" Futbol Klubu artıq yanvarın 4-dən etibarən Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlara start verib. Komandamız baş məşqçi Ayxan Abbasovun planına əsasən, hazırlığın ilk hissəsini yanvarın 11-dək ölkə daxilində keçəcək.
"Sumqayıt" FK hazırlığın ikinci mərhələsini isə yanvarın 13-dən 27-dək Türkiyədə davam etdirəcək. Təlim-məşq toplanışını Antalyanın Belek bölgəsində keçəcək komandamız "IC Santai" hotelində məskunlaşacaq. "Sumqayıt" FK qonşu ölkədə 4 yoxlama oyunu keçirəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 15-də Qazaxıstanın "Jetısu", 19-də Bosniya və Herseqovinanın "Çelik", 22-də Makedoniyanın "Vardar", 26-da isə Serbiyanın "Zemun" klubları ilə qarşılaşacaq.