08/01/2019

Rüfət Abdullazadə 19 yaşadək futbolçulardan ibarət milliyə dəvət alıb


19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının yanvarın 12-dən 19-dək Bakıda, yanvarın 19-dan 31-dək isə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı olacaq. Toplanışa dəvət olunmuş futbolçuların arasında "Sumqayıt" FK-nın futbolçusu da yer alıb. Belə ki, Rüfət Abdullazadə U-19 millisinin heyətinə dəvət alıb.