07/01/2019

“Sumqayıt-2” ikinci dövrənin hazırlıqlarına başladı


“Sumqayıt” FK-nın əsas heyəti ilə yanaşı əvəzediciləri də növbəti dövrənin hazırlıqlarına başlayıb. Elbrus Məmmədovun yetirmələri bu gün “Kapital Bank Arena”nın köməkçi meydançasında ilin ilk məşqini keçirib. Əsas komandanın düşərgəsində olan futbolçular məşqdə iştirak etməyib. Bundan başqa akademiyamızın bir neçə futbolçusu da əsas komanda ilə birlikdə çalışıb.
Qeyd edək ki, 1 ay davam edəcək olan təlim-məşq toplanışı çərçivəsində “Sumqayıt-2” 5 yoxlama oyunu keçirməyi də planlaşdırır. Rəqiblərin kimliyi barədə saytımızda açıqlama veriləcək.