04/01/2019

"Sumqayıt" FK üçüncü dövrənin hazırlıqlarına başladı


"Sumqayıt" FK Topaz Premyer Liqasının 3-cü dövrəsinin hazırlıqlarına start verib. Komandamız bu gün saat 15:00-da 2019-cu ildə ilk məşqinə çıxıb. "Dalğa Arena"nın köməkçi meydançasında baş tutan məşq prosesi təxminən 1 saat davam edib.
Qeyd edək ki, növbəti dövrəyə hazırlığın 1-ci mərhələsi yanvarın 11-dək davam edəcək. 2 günlük istirahətin ardınca isə komandamız Türkiyənin Antalya şəhərinə yola düşəcək.