27/12/2018

Adil Nağıyev “Sumqayıt” FK ilə müqavilə imzalayıb


Dövrələrarası fasilə zamanı "Sumqayıt" FK Rəşad Əzizlidən sonra növbəti transferini reallaşdırıb. Komandamız son olaraq, "Zirə"də çıxış etmiş Adil Nağıyevi heyətinə qatıb. 1995-ci il təvəllüdlü müdafiəçi "Sumqayıt" FK ilə 1,5 illik müqavilə imzalayıb. Adil yeni klubunda 5 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, U-17, U-19, U-21, U-23 və A millilərimizə cəlb olunmuş Adil Nağıyev 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.